AZ

"Şaraa bunu etməsə, Suriya parçalana bilər" –

Əhməd Əl Şaraanın rəhbərlik etdiyi Suriyanın varisi və ya alternativi yoxdur.

 

Bunu ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.

 

"Əgər Suriya rejimi uğursuz olarsa, kimsə onu uğursuzluğa sövq edib. Nə məqsədlə? Ortada bir varis yoxdur", - Barak söyləyib.

 

O, Suveyda şəhərində druz və bədəvi icmaları arasında baş verən toqquşmalara görə Suriya Prezidentini öz siyasətini yenidən qurmağa və daha əhatəli yanaşmağa çağırıb: "Əks halda Şaraa beynəlxalq dəstəyi itirə, ölkəsinin parçalanması riski ilə üzləşə bilər".(Publika.az)

Seçilən
6
1
senzor.az

2Mənbələr