Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyatqəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdəqalıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədarhadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətininxilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Qazel” markalı yük avtomobilin yolun kənarında dayanmış“Ateco” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəzahadisəsi baş verib və “Qazel” markalı yük avtomobilinin sürücüsüdeformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdəqalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılıvəziyyətdə qalan Sənan Ağayevi xilas edərək təcili tibbi yardımbriqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.