AZ

Bakıda qəzadan sonra sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb – VİDEO

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Qazel” markalı yük avtomobilin yolun kənarında dayanmış “Ateco” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Qazel” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan Sənan Ağayevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

phrase_var_article.chosen
8
10
konkret.az

10phrase_var_article.sources