AZ

Tramp Yaponiya ilə indiyə qədərki ən böyük ticarət sazişini elan edib

ABŞ Yaponiya ilə ümumi məbləği 550 milyard dollar olan ən böyük ticarət müqaviləsini imzaladı.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social sosial media platformasında məlumat verib.

Vaşinqton Tokio ilə bəlkə də indiyə qədərki ən böyük müqavilə imzalamışdı. Müqaviləyə əsasən, Yaponiya Amerika iqtisadiyyatına 550 milyard dollar sərmayə qoyacaq, mənfəətin 90%-ni Yaponiya alacaq. ABŞ həmçinin Yaponiyaya avtomobil, yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsulları tədarük edəcək, 15% tarif də tətbiq olunacaq.

Tramp əlavə edib ki, saziş yüz minlərlə iş yeri yaradacaq.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Scott Bessent iyulun 21-də bildirib ki, Tramp əvvəllər hədələdiyi 14 ölkəyə 40%-ə qədər tariflər tətbiq etməyi planlaşdırır və bu, həmin ölkələri Vaşinqtonla daha da sərfəli ticarət müqavilələri bağlamağa məcbur edir.

//Gülnarə Abasova, Editor.az

phrase_var_article.chosen
30
21
editor.az

10phrase_var_article.sources