Onun sözlərinə görə, Vaşinqton Tokio ilə yenicə böyük bir razılaşma əldə edib və bu, bəlkə də indiyə qədər mövcud olan ən böyük razılaşmadır.
“Razılaşmaya əsasən, Yaponiya Amerika iqtisadiyyatına 550 milyard dollar sərmayə qoyacaq və bu, mənfəətin 90%-ni götürəcək. Bundan əlavə, ABŞ Yaponiyaya minik və yük maşınları, düyü və digər kənd təsərrüfatı məhsulları tədarük edəcək.Bu zaman, 15%-lik güzgü xarakterli rüsum tətbiq olunacaq”, - məlumatda bildirilir.
![]() |
ABŞ-nin ticarət danışıqları nə yerdədir? |
Xatırladaq ki, iyulun 22-də Donald Tramp İndoneziyanın Amerika mallarına rüsumları və ABŞ-yə mineral tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıracağını bildirmişdi.
Ondan bir gün əvvəl isə, ABŞ-nin Maliyyə naziri Donald Trampın avqustun 1-də əvvəlcədən 40%-ə qədər tariflərlə hədələdiyi 14 ölkəyə qarşı planlaşdırdığı rüsumların onları Vaşinqtonla daha da əlverişli ticarət sazişləri ilə razılaşmağa məcbur edəcəyini açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az