“İrana qarşı müharibə hələ bitməyib”.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir bildirib.
“İran və onun təsir dairəsində olan qüvvələr hələ də hədəfimizdədir. İrana qarşı kampaniya hələ yekunlaşmayıb”, – o qeyd edib.
E. Zamir, həmçinin Qəzza zolağında aparılan müharibənin İsrail Müdafiə Ordusunun qarşılaşdığı ən çətin əməliyyatlardan biri olduğunu vurğulayıb: “Döyüşlərdə ağır itkilər veririk. Əsas hədəflərimiz girovların azad edilməsi və HƏMAS-ın tamamilə ləğvidir”.