AZ

Əs-Suveyda davam edən silahlı toqquşmalarda 1 265 nəfər həlak olub

Suriyanın cənubundakı Əs-Suveyda əyalətində iyulun 13-dən bəri davam edən silahlı toqquşmalarda 1265 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Elnashra” xəbər portalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir gündə həlak olanların sayı 146 nəfər artıb.

Ən böyük itkilər druz yaraqlıları arasında qeydə alınıb – 78 silahlı. Mülki şəxslər arasında isə ölənlərin sayı dəyişməz qalıb - 298.

Sabitliyi bərpa etmək üçün Dəməşqdən cənub bölgələrinə ezam olunmuş Daxili İşlər və Müdafiə Nazirliklərinin xüsusi təyinatlıları 54 hərbçini itirib, onların sıralarında bir sutka ərzində həlak olanların sayı 354-dən 408-ə yüksəlib.

Ərəb qəbilələrinin hökumətyönlü birləşmələrində itkilər 21-dən 35 milisəyə qədər artıb.

Bundan əvvəl İsrailin aviazərbələri nəticəsində Daxili Təhlükəsizlik Qüvvələrinin 19 əməkdaşı həlak olub.

phrase_var_article.chosen
26
1
report.az

10phrase_var_article.sources