AZ

Rusiya və Ukrayna danışıqları bu tarixdə BAŞ TUTACAQ

Ajans.az xəbər verir ki, bu barədə TASS-dakı mənbə məlumat yayıb. Qeyd olunub ki, görüş iyulun 24-nə planlaşdırılıb və nümayəndə heyətləri 23-də İstanbula gələ bilərlər. Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşünün iyulun 23-nə planlaşdırıldığını və onun Türkiyədə baş tutacağını bildirib.

Bildirilir ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

phrase_var_article.chosen
70
40
Ajans.az

10phrase_var_article.sources