AZ

“Araz-Naxçıvan”ın rəqibindən transfer

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Saloniki təmsilçisi “Jirona”dan Qabriel Misehouyu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayına kimi icarə əsasında “Aris”də çıxış edəcək.

Qabriel ötən mövsüm La Liqada 9 oyunda 1 qol vurub.

“Araz-Naxçıvan” “Aris”lə ilk oyunu iyulun 24-də Bakıda keçirəcək. Cavab görüşü isə 31-də Yunanıstanda olacaq.

Seçilən
10
27
futbolpress.az

10Mənbələr