AZ

“Araz-Naxçıvan” – “Aris” oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununa satılan biletlərin sayı açıqlanıb. Bu barədə SİA-ya klubun mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, indiyədək 500-ə yaxın bilet öz sahibini tapıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Dalğa Arena”nın kassalarından əldə edə bilər.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Aris” qarşılaşması sabah, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.

phrase_var_article.chosen
39
6
sia.az

10phrase_var_article.sources