AZ

Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə 24.07.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində cəmi 1 474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
10
16
oxu.az

10phrase_var_article.sources