Məşhur türk müğənni Serdar Ortaç mirasını açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, xəstə olan Ortaç konserti zamanı "Mən yeriyə bilərəm, velosiped sürə bilərəm. Amma ya ömrümdən 10-15 il qalıb, ya da heç... Onsuz da övladım yoxdur" sözləri ilə gündəm olub.
Qalan yeganə evini işçilərinə vəsiyyət etdiyini açıqlayan sənətçi həm tənhalığını, həm də ruhi yorğunluğunu üzə çıxarıb.