Bu ilin I yarısında Mərakeşdən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 % çox olub.aia.az xəbər verir ki, bu barədə Mərakeş səfirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.Bildirilib ki, yanvar-iyun aylarında Azərbaycana 1 800-ə yaxın Mərakeş vətəndaşı səfər edib.2024-cü il avqustun 29-dan etibarən iki ölkə arasında vizasız rejim haqqında saziş qüvvədədir.aia.az