AZ

Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 20% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 97 139 turist ziyarət edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

Azərbaycan Dövlət Turizm Agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 28 571 (il ərzində 17 % çox), İsraildən – 20 088 (+149 %), BƏƏ-dən – 19 588 (+18 %), Küveytdən – 10 149 (-17 %), Omandan – 6 916 (-10 %), Misirdən – 2 984 (+11 %), İordaniyadan – 2 334 (+44 %), İraqdan – 1 739 (-32 %), Bəhreyndən – 1 551 (-22 %), Yəməndən – 1 143 (+10 %), Qətərdən – 996 (-14 %), Livandan – 566 (+15 %), Fələstindən – 350 (ötən il turist gəlməyib) və Suriyadan – 164 (-5 %) olub.

Qeyd edək ki, cari ilin hesabat dövründə Azərbaycanı 979 951 xarici vətəndaş ziyarət edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 14,77 % artaraq 266 326 nəfərə çatıb: Səudiyyə Ərəbistanından – 98 113 (il ərzində 21,6 % çox), Birləşmiş Ərəb Əmirliklərindən – 46 706 (+2,07 %), İsraildən – 28 955 (-0,47 %), İraqdan – 5 319 (+125,19 %), Küveytdən – 31 373 (+5,65 %), Omandan – 24 140 (+41,62 %), Qətərdən – 3 369 (-5,15 %), Bəhreyndən – 5 917 (+0,1 %), Misirdən – 8 650 (+17,16 %), İordaniyadan – 7 149 (+39,74 %), Yəməndən – 3 461 (+21,01 %), Livandan – 1 482 (+47,9 %), Suriyadan – 402 (-16,42 %).

Ümumilikdə 2017-2024-cü illər ərzində Yaxın Şərq ölkələrindən Azərbaycanı 1 milyon 824 min 259 nəfər ziyarət edib.

Seçilən
21
50
moderator.az

10Mənbələr