Müğənni Aysun İsmayılova yeni paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sənətçi “İnstagram” hesabının hekayə bölməsində “Darıxırsanmı sən?” adlı mahnını paylaşaraq izləyicilər arasında maraq doğurub.
O, sözügedən ifanı ard-arda iki dəfə, fərqli görüntülərlə təqdim edib.
Bu paylaşımlar sosial şəbəkə istifadəçiləri arasında suallar yaradıb və müğənninin hansı mesajı vermək istədiyi müzakirə olunub.