AZ

Çilingəri elektrik cərəyanı vurub Hadisə

Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlunu işlədiyi sənaye müəssisəsində elektrik cərəyanı vurub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Nəticədə elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılov müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
27
50
metbuat.az

10phrase_var_article.sources