AZ

“Krokus Siti Holl” terroru işi: Məhkəmə prosesində cəmi 150 iştirakçı- ÖZƏL

"Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində 2300 zərərçəkmiş şəxs arasından yalnız 150 nəfər birbaşa iştirak edəcək. Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyinə məhkəmə prosesində iştirak edən şəxslərdən biri məlumat verib.
"Bu cinayət işi üzrə 2300 nəfər zərərçəkmiş tanınıb. Onlardan yalnız təxminən 150-si terror aktında ittiham olunan 19 nəfərin məhkəməsində iştirak etmək arzusunu bildirib", - deyə mənbə bildirib.
Cinayət işinə 2-ci Qərb dairə hərbi məhkəməsində üç hakimdən ibarət kollegiya baxacaq. İstintaq materialları 470-dən çox cilddən ibarətdir və bu materiallara sübut bazası, eləcə də təqsirləndirilən şəxslərlə bağlı keçirilmiş 200-dən çox ekspertiza nəticələri daxildir.
Bu gün məhkəmə ilkin dinləmələrin nəticəsinə əsasən işin mahiyyəti üzrə baxılma tarixini və keçiriləcəyi binanı müəyyən etməlidir. Çünki məhkəmənin hazırkı yerləşdiyi binadakı zallar bütün iştirakçıları qəbul edə bilməz.
Məhkəmə prosesinin açıq və ya qapalı rejimdə keçirilib-keçirilməyəcəyi isə hələlik qərarlaşdırılmayıb. Bu məsələ işə baxılmağa başlanarkən - ittiham aktının elanından əvvəl dəqiqləşdiriləcək. Lakin qanunvericiliyə əsasən, məhkəmə prosesi jurnalistlərin girişinə ilkin imkan verildikdən sonra da qapalı elan oluna bilər. Bu, hökmün elan ediləcəyi günədək davam edə bilər.
Məhkəmə instansiyasının mətbuat xidmətindən bildirilib ki, qanunvericiliyə əsasən, istənilən anda media və ictimaiyyət üçün prosesin qapadılması mümkündür. Bu qərarın əsas səbəbi isə məhkəmə iştirakçılarının təhlükəsizliyinin təmin olunmasıdır. Bu barədə məhkəmənin mətbuat katibi İrina Jirnova əlavə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
205
2
olaylar.az

10Mənbələr