AZ

“Crocus”dakı terrorda təqsirləndirilənlər daha birini planlaşdırıblar

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

“Crocus City Hall” konsert zalında törədilən terror aktında ittiham olunanlardan bəziləri Dağıstanda da terror planlaşdırıblar”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.

“Bir sıra təqsirləndirilən şəxslər Dağıstan Respublikasının Kaspiysk şəhərində əyləncə kompleksini partlatmağı planlaşdırıblar, lakin bu cinayətin qarşısı alınıb”, - o deyib.

Xatırladaq ki, 22 mart 2024-cü ildə dörd terrorçu “Crocus City Hall” konsert zalına gələnlərə atəş açıb və binanı yandırıblar. Rusiyada dörd yaraqlı həbs edilib. Ümumilikdə “Krokus”da terror aktı ilə bağlı cinayət işində 10-dan çox təqsirləndirilən şəxs var. Türkiyədə onlarla əlaqədə ittiham olunan daha 5 nəfər saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
yeniavaz.com

1Mənbələr