Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor” klubunda debüt edib.
Msport.az xəbər verir ki, Ekstraklasada yeni mövsümün ilk turu çərçivəsində Dadaşovun komandası öz meydanında “Arka”nı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.
Oyunda yeganə qolu 50-ci dəqiqədə Jak Ndiaye vurub. Renat Dadaşov meydana 46-cı dəqiqədə – hesab 0:0 olanda daxil olub. O, 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Dadaşov ötən mövsümün ikinci yarısında Polşanın digər klubu “Radomyak”da çıxış edib. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.