Şuşa. Trend:
Azərbaycanın ən böyük müstəqil informasiya agentliyi olan TrendBeynəlxalq İnformasiya Agentliyi dünya miqyasında yüksək etimadsəviyyəsinə malikdir.
Trend-in xüsusimüxbirinin məlumatına görə, bunu Avropa Xəbər AgentlikləriAlyansının (EANA) baş katibi Aleksandru Giboi Şuşada keçirilən IIIQlobal Media Forumu çərçivəsində bildirib.
“Biz Trend agentliyi ilə çox səmərəli tərəfdaşlıqformalaşdırmışıq. Trend BİA beynəlxalq arenada yüksək etimadasahibdir, müstəsna beynəlxalq əlaqələr qurub və etibarlı, peşəkarjurnalistikanın nümunəsi kimi çıxış edir”, – deyə Giboi qeydedib.
Onun sözlərinə görə, məhz Trend kimi agentliklər sayəsində bugün artmaqda olan informasiya xaosu, dezinformasiya vəmanipulyasiyalar fonunda etibarlı beynəlxalq informasiya mühitinininkişafı mümkündür.
“Məsələn, biz Balkan regionu və Mərkəzi Avropadan olanagentlikləri birləşdirən bir layihə həyata keçiririk ki,keyfiyyətli kontent yaradaq. Bunu isə ona görə edirik ki, etibarlımənbələrin dəyərini bilirik. Trend məhz belə mənbələrdən biridir”,– deyə Giboi əlavə edib.
EANA baş katibi vurğulayıb ki, Azərbaycan Trend BİA vasitəsiləAvropanın ən böyük xəbər agentlikləri alyansının tamhüquqluüzvüdür.
“Biz 33 ölkədən olan 33 agentliyi birləşdiririk — həm özəl, həmdə dövlət agentliklərini. Əminik ki, bu əməkdaşlıq hər iki tərəfəfayda verir”, – deyə Giboi bildirib.
O həmçinin xəbər agentliklərinin ictimai etimadınformalaşmasındakı xüsusi roluna diqqət çəkib.
“Bizim vəzifəmiz faktları olduğu kimi təqdim etməkdir ki,insanlar düzgün nəticələr çıxara bilsinlər”, – deyə EANA baş katibiəlavə edib.