Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif edilənlər sırasında Trend Beynəlxalq İnformasiya Agentliyinin və Day.Az xəbər saytının əməkdaşları da yer alıb.
Belə ki, Trend BİA-nın Baş direktorunun müavini Elçin Alıoğlu Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adı alıb, Trend BİA-nın Baş direktorun müavini Cəmilə Ocaqova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə, Day.Az xəbər saytının redaktoru Aytəmiz Məmmədova və Trend BİA-nın Baş redaktorunun müavini Leyla Abdullayeva "Tərəqqi" medalı ilə təltif ediliblər.