AZ

Putin İranın ali liderinin baş müşaviri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın ali liderinin baş müşaviri Əli Laricanini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İran nümayəndəsi öz rəhbərlərinin göstərişi ilə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında gərginləşən vəziyyəti dəyərləndirib. Rusiya tərəfi də regionda vəziyyətin sabitləşdirilməsinə və İranın nüvə proqramı ilə bağlı məsələlərin siyasi həllinə yönəlmiş məlum mövqelərini ifadə edib”, - Peskov bildirib.

Seçilən
57
50
operativmedia.az

10Mənbələr