AZ

Sloveniya parlamenti evtanaziya haqqında qanunu qəbul etdi

BAKI, 20 iyul. TELEQRAF

Sloveniya parlamenti ölümcül xəstələrə həyatlarına son qoymaq hüququ verən qanun qəbul edib.

Teleqraf xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 50 deputat evtanaziyanın lehinə, 34 deputat əleyhinə səs verib, 3 deputat isə bitərəf qalıb.

Yeni qanuna əsasən, sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz fiziki və ya psixoloji ağrılar yaşayan şəxslər, əgər bu, onların öz iradəsi ilə baş verirsə, həkim nəzarəti altında həyatlarına son qoymaq hüququna malik olacaqlar.

Seçilən
33
2
teleqraf.com

9Mənbələr