AZ

Cənubi Koreyada leysan yağışları nəticəsində azı 14 nəfər həlak olub

BAKI, TurkicWorld

Cənubi Koreyada güclü leysan yağışlarının nəticəsində azı 14 nəfər həlak olub, 12 nəfər isə itkin düşmüş hesab olunur.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, ən ağır vəziyyət respublikanın qərb və şimal-qərb bölgələrində, o cümlədən Çxunçxon-Namdo və Kyonqido vilayətlərində müşahidə olunub. Həmin ərazilərdə çoxsaylı sürüşmələr və çay daşqınları baş verib. Yerli xilasetmə xidmətlərinin məlumatına görə, 14 şəhər və qəsəbədə 13 mindən çox insan təxliyə olunub.

Sinoptiklər, bazar günü ərzində bu bölgələrdə yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər və yerli əhalini ehtiyatlı olmağa çağırıblar.

phrase_var_article.chosen
80
50
turkic.world

10phrase_var_article.sources