AZ

Bakıda restoranın reklam lövhəsi uçdu

Bu gün səhər saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birinin reklam lövhəsi uçub.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon Cavadxan küçəsi 37 ünvanında yerləşən “Melon lounge” restoranında baş verib.

Binanın üzərində quraşdırılmış lövhə təxminən 10 metr hündürlükdən qoparaq yerə çırpılıb. Binanın üzlük daşları da yola dağılıb.

phrase_var_article.chosen
49
11
demokrat.az

10phrase_var_article.sources