AZ

Messi yenə dubl etdi - VİDEO

ABŞ-ın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi penaltilər nəzərə alınmadan karyerası ərzində vurduğu qolların sayına görə Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub.

Bizim.Media xəbər verir ki, TASS-ın məlumatına əsasən, ABŞ MLS liqasının müntəzəm çempionatı çərçivəsində keçirilən "Nyu-York Red Bullz"la səfər oyununda (5:1) dubl edən Messi hazırda karyerasında ümumilikdə 874 qol vurub. Onun bu qollarından 764-ü penalti zərbələri olmadan qeydə alınıb.

Kriştiano Ronaldunun hesabında isə ümumilikdə 938 qol var ki, onların 175-i penaltidən vurulub. Messi peşəkar karyerası ərzində 1 114 oyun, Ronaldo isə 1 281 oyun keçirib.

Qeyd edək ki, Lionel Messi son yeddi matçda altıncı dublunu rəsmiləşdirib. O, MLS tarixində ardıcıl beş oyunda iki qol vuran ilk futbolçu olub.


Bizim.Media

phrase_var_article.chosen
79
50
bizim.media

10phrase_var_article.sources