ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Lionel Messinin hazırkı klubunu dəyişmək ehtimalı var. “Əl-Əhli” argentinalı hücumçunu transfer etməyi planlaşdırır.Fransanın “Ekip” nəşrinin məlumatına görə, Messi ilə ABŞ klubunun hazırkı müqaviləsinin müddəti bu ilin sonuna qədərdi. Səudiyyə Ərəbistanı klubu 38 yaşlı hücumçunu müqaviləsi qüvvədən düşəndən sonra - azad agent kimi heyətinə cəlb etmək istəyir. Mənbənin məlumatına görə, “Əl-Əhli” rəhbərliyi artıq bir neçə həftədi dünya çempionunu bu keçidə razı salmağa çalışır. Danışıqların maliyyə detalları açıqlanmasa da, 2034-cü il dünya çempionatına evsahibliyi edəcək ölkənin rəhbərliyi Messini öz tərəfinə çəkmək üçün mümkün olan hər şeyi etməyə hazırdı.Amma “İnter Mayami” ulduz futbolçusunu komandada saxlamağı planlaşdırır. İnsayder Qaston Edulun məlumatına görə, MLS təmsilçisi ilə 38 yaşlı hücumçu arasında danışıqlar uğurla gedir. Tərəflərin 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədə olan müqavilə imzalaması ehtimalının yüksək olduğu bildirilir.Argentinalı bu il klubunda bütün turnirlərdə 17 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.