AZ

Honkonqda “Vifa” qasırğasına görə 500-dən çox uçuş təxirə salınıb

Bakı. Trend:

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görəilin ən yüksək xəbərdarlıq səviyyəsi – T8 elan olunub.

Trend Çinmediasına istinadla xəbər verir ki, T8 xəbərdarlığı iyulun 20-sigecəyarısından qüvvəyə minib və bütün gün ərzində qüvvədə olacaq.Proqnozlara görə, qasırğa səhər saatlarında Mirvari çayınındeltasına, Honkonqdan təxminən 50 km cənubda olduqcayaxınlaşacaq.

Honkonq Beynəlxalq Hava Limanı bildirib ki, iyulun 20-si saat06:00-dan axşam 00:00-a qədər heç bir təyyarə havaya qalxmayacaq.Yalnız uzaq məsafədən gələn az sayda təyyarənin enişinə icazəveriləcək.

Qasırğa ilə əlaqədar:

İyulun 19-da 22,

İyulun 20-də isə 497 uçuş (qalxma və enmə) təxirə salınıb və yaləğv olunub.

Sərnişinlərə dəstək üçün hava limanına 1000 nəfər əməkdaş cəlbolunub.

Honkonq Meteorologiya Xidməti xəbərdarlıq edib ki, qasırğasahilyanı ərazilərdə daşqınlara səbəb ola bilər.
Bununla əlaqədar:

Bütün tədris müəssisələrində dərslər ləğv olunub,

Kitab, idman və istirahət sərgiləri daxil olmaqla irimiqyaslıtədbirlər dayandırılıb,

Sakinlər ərzaq və gündəlik tələbat mallarını almaq üçünmarketlərə üz tutublar.

Qeyd edək ki, bu, ilin 6-cı qasırğası olan “Vifa”dır. OnunHonkonqla yanaşı, Çinin materik hissəsindəki Quandon və Haynanəyalətlərində də fəsadlar törədəcəyi, küləyin sürətinin saniyədə 42metrə çatacağı və leysan yağışların müşahidə olunacağıgözlənilir.

Çin Meteorologiya Mərkəzi "sarı" həyəcan səviyyəsi elan edib.Haykou şəhərindəki üç limandan gəmilərin hərəkəti dayandırılıb.

phrase_var_article.chosen
67
50
az.trend.az

10phrase_var_article.sources