Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ukrayna ordusunun paytaxt Moskva da daxil olmaqla Rusiyanın müxtəlif şəhərlərinə həyata keçirdiyi PUA hücumları səbəbindən 100-dən çox uçuş ləğv edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi açıqlama verib. Açıqlamaya görə, hücumlar səbəbilə ölkədəki bir çox hava limanının fəaliyyəti məhdudlaşdırılıb. Bildirilir ki, çox sayda uçuş ləğv edilib və ya gecikib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 100-dən çox Ukrayna pilotsuz təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən müxtəlif bölgələrdə zərərsizləşdirildiyini açıqlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.