AZ

Vyetnamda turist gəmisi aşıb, 18 nəfər ölüb

Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə “Report” “VnExpress” portalına istinadən xəbər verir.

Son məlumatlara görə, xilasedicilər 18 nəfərin cəsədini sudan çıxarıb, 12 nəfəri xilas etmək mümkün olub.

Bundan əvvəl VnExpress xəbər portalı göyərtəsində 53 nəfərin - 48 turist və 5 ekipaj üzvü olan səyahət gəmisinin Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən çevrildiyini bildirib.

Seçilən
66
13
report.az

10Mənbələr