AZ

Blez Paskalın tarixi deyimi və İlham Əliyevin "Dəmir yumruğ"u...

Prezident İlham Əliyev 18 iyul 2025-ci il tarixində Xocalıya səfəri zamanı Xanyurdu kəndinin sakinləri ilə görüşüb, kənddə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı sakinlərlə söhbət zamanı onların uzun müddət ağır şəraitdə yaşadığına diqqət çəkib və bildirib ki, bundan sonra onlar bu səfalı yerdə - öz doğma yurdlarında daha rahat və gözəl ortamda öz yaşamlarını davam etdirəcəklər.

Prezident İlham Əliyev sakinlərin öz doğma yurduna qayıdışını ədalətin qələbəsi kimi dəyərıləndirib və qeyd edib ki, ədalət daim zəfər çalmalıdır. Lakin bunun üçün hökmən gücə ehtiyac var:

“Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”.

Prezident İlham Əliyevin “ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun” ifadəsi görkəmli fransız riyaziyyatçısı və filosofu Blez Paskalın məşhur kəlamını xatırladır:  “Qüvvətsiz ədalət şikəstdir”!

XVII əsr fransız dahisinin bu ifadəsini 44 günlük Vətən müharibəsi bir daha sübut etdi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müahribəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın e məklə 30 illik işğal probleminə son qoydu. BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icrasını gözləyən qətnamələri Azərbaycan Ordusunun süngüsü hesabına cəmi 44 gün içində icra edildi. Ədalət Azərbaycan əsgərinin “Dəmir yumruğu”, mübarizə əzmi və qüdrəti sayəsində bərpa olundu.

Bu fakt bir daha sübut etdi ki, Prezident İlham Əliyevin “ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun” ifadəsi aksiomdur və günümüzün həqiqətlərindən xəbər verir.

Vətən müharibəsinin nəticəsindən irəli gələn bu həqiqət gələcək fəaliyyətimizi, bu fəaliyyətin əsas istiqamətlərini də müəyyənləşdirmiş oldu. Vətən müharibəsi sübut etdi ki, biz ədaləti təmin etmək üçün gücümüzü və qüdrətimizi qorumalı, öz gücümüzdən başqa heç nəyə ümid bağlamamalıyıq. Çünki tarix heç vaxt heç kimin başqasının gücünə və mərhəmətinə ümid edərək ədaləti təmin etdiyinə şahid olmayıb.

Seymur ƏLİYEV

 

Seçilən
40
29
moderator.az

10Mənbələr