Bakı.Trend:
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinəyüksələn Alqayev Harun Məhəmməd oğlu və Cəfərov Vüsal Şəfi oğlununxatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və MədəniyyətMərkəzində keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları,ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüşyoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə dəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimlərində çıxış edənlər igid oğullarımızın döyüşlərdəgöstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbirlərin iştirakçılarına şəhidlərimizin həyat və döyüş yoluhaqqında ətraflı məlumat verilib, vətənpərvərlik mövzusundamusiqilər səsləndirilib.
Hər iki şəhidimizin ailə üzvləri və yaxınları onlara göstəriləndiqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim ucatutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin MüdafiəNazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.