AZ

Osimhenin transferi tamamlanmaq üzrədir

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Qalatasaray”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında bir müddətdir, davam edən danışıqlar son mərhələdədir.

“Qalatasaray” oyunçu üçün 40 milyon avronu indi, 35 milyon avronu isə bir il ərzində ödəməyi təklif edib. “Napoli”nin təkliflə razılaşacağı bildirilib.

Osimhen ötən mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edib.

Seçilən
66
futbolpress.az

1Mənbələr