AZ

“Barselona”nın “Kamp Nou”a dönüşü təxirə salındı

İspaniyanın “Barselona” klubu yenilənmiş “Kamp Nou” stadionunda keçirilməsi planlaşdırılan ilk oyunun təxirə salındığını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar, tikinti işlərinə bələdiyyə müdaxiləsini tənzimləyən qərarnamənin tələblərinə əsasən, ilkin lisenziyanın alınması üçün lazım olan proseslərin başa çatdırılmaması ilə əlaqədardır.

Klubun açıqlamasında bildirilir ki, “Barselona” şəhər şurası və aidiyyəti qurumlarla sıx əməkdaşlıq edir və azarkeşləri stadionun açılışı ilə bağlı hər hansı dəyişiklik barədə vaxtında məlumatlandıracaq.

Kataloniya təmsilçisinin 10 avqustda ənənəvi Joan Qamper Kuboku çərçivəsində stadionda ilk oyununa çıxması planlaşdırılırdı. Lakin lisenziya məsələləri bu planın həyata keçməsinə imkan verməyib.

 

Seçilən
67
33
90deqiqe.az

10Mənbələr