AZ

“Barselona” 2026-cı ilin yanvarına qədər “Kamp Nou”ya qayıda bilməyəcək

“Barselona”nın ev oyunlarını “Kamp Nou” stadionunda keçirməsi ən azı 2026-cı ilin yanvarına qədər mümkün olmayacaq.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, stadionun əsaslı yenidənqurma prosesi hələ də başa çatmayıb və obyekt istismara tam hazır deyil. Məhz bu səbəbdən “Barselona” bu yay ənənəvi olaraq keçirilən Joana Qamper Kubokunu təşkil etməyəcək.

Qeyd edək ki, klub rəhbərliyi daha əvvəl bir neçə dəfə komandanın “Kamp Nou”ya qayıdacağı tarixlə bağlı açıqlamalar vermişdi. Klub prezidenti Joan Laporta ötən aylarda bildirmişdi ki, 2024/2025 mövsümünün əvvəlində komanda ev oyunlarını başqa stadionda keçirsə də, payız aylarında azarkeşləri 60 min nəfərlə məhdudlaşdırılmış “Kamp Nou”ya qaytarmağı planlaşdırır. Lakin son məlumatlara əsasən, bu ssenari də artıq real görünmür.

“Kamp Nou”nun rekonstruksiya işlərinin yekunlaşması daha uzun müddət tələb edə bilər və komanda bu müddətdə ev oyunlarını “Estadi Olímpic Lluís Companys” stadionunda keçirməyə davam edəcək.

Seçilən
126
29
90deqiqe.az

10Mənbələr