AZ

"Barselona"nın "Kamp Nou"dakı ilk oyunu təxirə salındı

BAKI. 18 iyul. TELEQRAF

İspaniyanın "Barselona" klubunun yenilənmiş "Kamp Nou" stadionunda ilk matçı təxirə salınıb.

Teleqraf Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, səbəb tikinti işlərinə yerli bələdiyyənin müdaxilə prosedurunu tənzimləyən sərəncamın tələbləridir.

Bu, ilkin lisenziyanın alınması üçün tələb olunan prosedurları tamamlamağa imkan verməyib.

Komandanın "Kamp Nou"da avqustun 10-da Joan Qamper Kuboku matçında oynaması planlaşdırılırdı.

Klub müxtəlif tələbləri yerinə yetirmək üçün Barselonanın şəhər şurası və müvafiq orqanları ilə sıx əlaqədədir. Doğma stadiona qayıdış tarixi ilə bağlı hər hansı dəyişiklik olacağı təqdirdə, "Barsa" öz azarkeşlərini məlumatlandıracaq.

Seçilən
61
33
teleqraf.com

10Mənbələr