Bir zamanların reytinqli serialı "Öyle Bir Geçer Zaman ki"nin ulduzları illər sonra bir araya gələcəklər.
BAKU.WS xəbər verir ki, onlar 12 il sonra "Al Beni Baba" serialında görüşəcəklər. Çəkilişlərə bu bazar günü start veriləcək.
Aktyorlar yenidən eyni layihədə rol alacaqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər.
Xatırladaq ki, "Öyle Bir Geçer Zaman Ki" 2010-2013-cü illərdə ekranlara gəlib.