BAKI, 18 iyul. TELEQRAF
Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi müvəqqəti xarakter daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə katibi Sergey Lebedev bildirib.
O, ümid etdiyini bildirib ki, vəziyyət əvvəlki məcrasına qayıdacaq və əməkdaşlıq davam edəcək.