AZ

Obameyanq Ərəbistandan ayrıldı, Fransaya qayıdır

Bakı, 18 iyul, AZƏRTAC

Qabon millisinin tanınmış hücumçusu Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanının "Əl-Kadisiya” komandasından ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

36 yaşlı hücumçu sabiq komandası “Marsel”ə (Fransa) qayıdacaq.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq karyerası ərzində “Borussiya” ( Dortmund, Almaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə) və “Barselona” (İspaniya) klublarında çıxış edib.

Seçilən
17
azertag.az

1Mənbələr