AZ

"Qarabağ"la oyun üçün 26 futbolçunun adını sifariş etdilər

İrlandiyanın “Şelburn” klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün heyətini açıqlayıb.

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Cozef O'Brayen “Qarabağ” üçün 26 oyunçu seçib.

Qapıçılar: Lorkan Hili, Konor Kirns, Ali Topcu

Müdafiəçilər: Luis Templ, Patrik Barrett, Tayrik Vilson, Şon Qannon, Kameron Leduic, Samuel Boven, Taylor Makkarti, Raymond Offor;

Yarımmüdafiəçilər: Harri Vud, Con O'Sallivan, Alister Kut, Mark Koyl, Kerr Makinroy, Conatan Lunni, Ceyms Norris, Ellis Çepman, Evan Kaffri, Aron Moloni;

Hücumçular: Şon Boyd, Den Kelli, Con Martin, Daniel Rinq, Ademipo Odubeko

Xatırladaq ki, komandalar arasında ilk oyun iyulun 23-də Dublində baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr