Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi iləbu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarəHeyətinin 62-ci toplantısının üçüncü günü öz işinə başlayıb.
Trend xəbərverir ki, tədbir Azərbaycan Respublikası Hesablama Palatasının evsahibliyi ilə baş tutur.
Toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri,eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI)sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişafTəşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçıqatılıb.
Tədbirin ikinci günü yaddqalan keçib. Belə ki, toplantıda ASOSAIStrateji Planı, təşkilatın digər regional qurumlarla əməkdaşlığı,işçi qrupların illik fəaliyyəti və ASOSAI Jurnalının yeniburaxılışları ilə bağlı təqdimatlar olub. ASOSAI İdarə Heyətinin62-ci toplantısının rəsmi hissəsində İdarə Heyətinin 60 və 61-citoplantıların protokolları təsdiqlənib, təşkilatın 2024-cü il üzrəfəaliyyəti və maliyyə hesabatları, eləcə də 2026–2028-ci illəriəhatə edən büdcə planı nəzərdən keçirilib. Gündəlikdə yer alan əsasməsələlərdən biri isə INTOSAI İdarə Heyətinə 2025–2031-ci illərüzrə iki yeni üzvün və INTOSAI-ın kənar auditorunun seçilməsi olub.ASOSAI üzvlərinin səs çoxluğu ilə Pakistan və Birləşmiş ƏrəbƏmirlikləri nümayəndələri INTOSAI İdarə Heyətinə üzv seçiliblər.Həmçinin Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) İdarəHeyətinin 63-cü toplantısının Qazaxıstanın paytaxtı Astanaşəhərində keçiriləcəyi elan edilib.
Bu gün də tədbirin gündəliyi kifayət qədər zəngin hesab ediləbilər. Çünki dövlət auditi sahəsində aktual mövzular, o cümlədən"İqlim dəyişikliyinə audit vasitəsi ilə reaksiya” və "Auditlərdəsüni intellektin (AI) istifadəsi" mövzularında təqdimatlargündəlikdə duran əsas mövzulardandır.
Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatası 2024-cüilin sentyabrında Hindistanın Yeni Dehli şəhərində keçirilmişASOSAI Assambleyasında ilk dəfə olaraq təşkilatın İdarə Heyətinəüzv seçilib.
Xəbər yenilənəcək