AZ

Bakıda isti havaların sayılı günləri qaldı - "Bu tarixdən sərinlik başlayacaq”

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkəmizdə temperatur kifayət qədər yüksəlib. Bakıda və Abşeron yarımadasında istilik 39 dərəcəyə çatıb, Aran rayonlarında isə 38 dərəcə qeydə alınıb. Dağlıq bölgələrdə hava nisbətən daha sərin olsa da, Naxçıvan Muxtar Respublikasında temperatur 41 dərəcəyə qədər qalxıb.

Qarşıda bizi hansı hava şəraiti gözləyir?

Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bildirib ki, indiyədək mövcud temperatur səviyyəsi yüksək deyil və hava proqnozları bəzən dəqiq olmur:

"Bakıda hələ ki, 41 dərəcə isti müşahidə edilməyib. Ancaq 30-35 dərəcədə də günəş şüaları insan sağlamlığına zərər verə bilər. Cari istilər qlobal istiləşmənin göstəricisi hesab olunmur. İyun və iyulun ilk yarısı sərin keçdi. 1950-60-cı illərdə isə temperatur qat-qat yüksək olurdu, hətta may ayında artıq dənizə gedirdik. Amma bu il dəniz mövsümü yalnız iyulun ortalarında açıldı. Bu da havaların zamanla soyumağa doğru dəyişdiyini göstərir".

Ekoloq deyib ki, yaxın günlərdə havalar sərinləşəcək:

"Temperaturun yüksəlməsi bəzən mümkündür və bu, Yer kürəsinin oxunun fırlanması ilə əlaqədardır. Hazırda küləyin olmaması səbəbindən hava isti keçir. Fikrimcə, isti hava şəraiti 1 həftə davam edəcək və bazar ertəsindən sərinlik başlayacaq".

Milli.Az

Seçilən
31
18
milli.az

10Mənbələr