AZ

Britaniya Ukraynaya ABŞ silahlarının alınmasında iştirak edə bilər

Londonda Trampın təşəbbüsünə qoşulmaq imkanları ABŞ və Avropa tərəfdaşları ilə müzakirə olunur…

Böyük Britaniya ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə həyata keçirilən – Amerikanın silahlarının alınaraq Ukraynaya ötürülməsi planına qoşulmaq imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi danışıqların gedişi ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda danışıqlar ilkin mərhələdədir və rəsmi London bu məsələ ilə bağlı hələ yekun qərar verməyib. Lakin agentlik qeyd edir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer bu təşəbbüsə açıq olduqlarını nümayiş etdirib. Almaniyanın artıq bu sxemə qoşulmağa hazır olduğunu bəyan etməsi fonunda, Britaniyanın da eyni yolu seçə biləcəyi istisna edilmir.

Almaniya kansleri Fridrix Merslə birgə keçirdiyi mətbuat konfransında Kir Starmer bildirib: “Biz Ukraynaya lazım olan dəstəyi vermək və bu yardımın effektiv istifadəsini təmin etmək üçün müttəfiqlərimizlə birgə çalışırıq.” Bu açıqlama Britaniyanın Trampın planı çərçivəsində Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükündə iştirak edə biləcəyi ehtimalını gücləndirib.

Poliqon.info

Seçilən
60
39
poliqon.info

10Mənbələr