Ukrayna Prezidenti Vladimir Zelenski 16 yeni səfiri təyin edib.
Bakues.az xəbər verir ki, bu barədə o, Telegram səhifəsində məlumat verib.
“Bu gün səhər Ukraynanın hərbçiləri və daxili işlər naziri ilə məruzələrdən sonra Xarici İşlər Naziri və Prezident Aparatının komandası ilə müşavirə keçirdim. Ukraynanın səfiri vəzifəsinə namizədlərin uzun seçim prosesi yekunlaşdı. 16 səfiri təyin etdim”, – deyə Zelenski bildirib.