AZ

12 milli, 4 klub Sumqayıta gəlir - Dünya Qadın Seriyası

İyulun 26-27-da Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu mərhələdə dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 12-si milli - Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü isə klubdur - “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları şəhər dənizkənarı bulvarında baş tutacaq.

phrase_var_article.chosen
64
27
football-plus.az

10phrase_var_article.sources