AZ

12 milli, 4 klub Sumqayıta gəlir - Dünya Qadın Seriyası

İyulun 26-27-da Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

İdman.biz xəbər verir ki, bu mərhələdə dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar.

Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 12-si milli - Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü isə klubdur - “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları şəhər dənizkənarı bulvarında baş tutacaq.

İdman.biz

phrase_var_article.chosen
19
27
idman.biz

10phrase_var_article.sources