AZ

Tramp Pakistana gedəcək – Tarix məlum oldu


ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli telekanallara istinadla məlumat yayıb.
“Trampın sentyabrda Pakistana səfəri gözlənilir, bu barədə iki yerli telekanal mənbələrə istinadla məlumat yayıb”, - agentlik yazıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan hökuməti Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib. Pakistan hökuməti izah edib ki, bu qərar Ağ Ev rəhbərinin son Hind-Pakistan münaqişəsi zamanı diplomatik müdaxiləsi üçün verilib.
Seçilən
38
yeniavaz.com

1Mənbələr