AZ

Tramp Moskvaya 50 günlük möhlət verdi – Sülh olmazsa, sanksiyalar gələcək

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişi və ya atəşkəsin əldə olunması üçün Moskvaya 50 günlük müddət verib. Əks təqdirdə, Rusiya yeni iqtisadi məhdudiyyətlərlə üzləşəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Moskva Vaşinqtonun şərtlərini qəbul etməzsə, yüksək gömrük rüsumları və ikinci dərəcəli sanksiyalar tətbiq olunacaq.

“Əgər Rusiya atəşkəs və ya sülh razılaşmasına razılaşmasa, onu çox yüksək rüsumlar və əlavə sanksiyalar gözləyir”, – deyə Levitt bildirib.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
32
39
editor.az

10Mənbələr