AZ

"Mançester Siti" 18 yaşlı futbolçu ilə müqavilə imzaladı

"Mançester Siti" növbəti gənc futbolçu transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi Norveçin "Rusenborq" klubundan 18 yaşlı yarımmüdafiəçi Svere Nyupanı heyətinə qatıb.

Gənc futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmayıb.

Nyupan keçidlə bağlı klubun mətbuat xidmətinə verdiyi açıqlamada sevincini belə ifadə edib:

“Belə bir böyük kluba keçdiyim üçün son dərəcə xoşbəxt və qürurluyam. Hər bir gənc futbolçunun arzusu dünya səviyyəli istedadların arasında olmaqdır. Mənim isə bu şansım gerçəkləşdi.

Hələ öyrənməli çox şeyim var, amma Pep Qvardiola kimi dünyanın ən yaxşı məşqçisinin rəhbərliyi altında çalışmaq inkişafım üçün inanılmaz fürsətdir.

Norveçlə “Mançester Siti” arasında artıq Erling Haalan və Oskar Bobb sayəsində xüsusi bir bağ var. Bu ənənənin bir parçası olmaq mənim üçün böyük şərəfdir”.

Xatırladaq ki, Svere Nyupan ötən mövsüm "Rusenborq"un heyətində 10 oyuna çıxıb və 1 qol vurub.

 

Seçilən
52
14
90deqiqe.az

10Mənbələr