AZ

Minik avtomobili yük maşını ilə toqquşdu, bir nəfər xəsarət aldı

UCAR, 17 iyul. TELEQRAF

Ucar rayonunda minik avtomobilinin kiçik tutumlu yük maşını ilə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndi yaxınlığından keçən hissəsində baş verib.

Qəza zamanı ağır bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Ucar rayon sakini İlyaszadə Ramazan Əlimusa oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
72
1
teleqraf.com

10Mənbələr